16 yanvar 2013 00:17
Simurq Gürcüstan klubuna qalib gəldi
Qış fasiləsində hazırlıqları Zaqatalada davam etdirən “Simurq”un əvəzedici heyəti ilk yoxlama görüşünü keçirib. Azerisport.az xəbər verir ki, komanda doğma arenada Gürcüstanın "Merani" klubunu qonaq edib.
Qarşılaşmadan “sarı-qaralar” 3:2 hesabı ilə qalib ayrılıb. Zaqatala təmsilçisinin qollarını Həsən Qəhramanov və yeni heyətə qatılmış Ruslan Varançov (2) vurub.
Qeyd edək ki, komanda növbəti yoxlama görüşlərini yanvarın 25-də və 30-da keçirəcək. Əvəzedicilər birinci divizionda mübarizə aparan Gəncənin "Tərəqqi" və Mingəçevirin "Energetik" kollektivləri ilə görüşəcək.
