16 yanvar 2013 00:01
AFFA daha bir yığmamızı Antalyaya göndərir
AFFA daha bir yığmamızı Türkiyənin Antalya şəhərinə göndərir. Azerisport.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının da qardaş ölkədə təlim-məşq toplanışı keçiriləcək.
Belə ki, yanvarın 23-dən fevralın 1-nə qədər komandamız Türkiyənin Antalya şəhərində hazırlıq prosesi keçərək. Toplanışda iştirak edəcək futbolçuların siyahısı hələlik müəyyənləşdirilməyib.
Maraq üçün bildirək ki, həmin müddət ərzində Azərbaycanın U-19 və U-17 yığmaları da Antalyada hazırlıq keçəcək.
