16 yanvar 2013 00:06
Kəpəz hazırlıqlara start verdi
"Kəpəz" Bakıda təlim-məşq toplanışına start verib. Azerisport.az xəbər verir ki, komandanın ilk məşqi "Dalğa Arena"da baş tutub.
Hazırlıq prosesi əsasən bərpaedici xarakter daşıyıb. Futbolçular müəyyən isinmə hərəkətlərindən sonra meydan boyu qaçıblar. Həmçinin məşq ərzində toplu çalışmalara da yer verilib. Paytaxtdakı ilk məşq təxminən 2 saata yaxın davam edib.
