16 yanvar 2013 00:24
İnter Kamerun millisinin hücumçusu ilə müqavilə bağlayır
“İnter” futbol üzrə Kamerun yığmasının və Serbiyanın “Vojvodina” klubunun hücumçusu Abubakar Omarunu transfer etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, “bankirlər” ona çox sərfəli təklif irəli sürüblər.
Serbiya mətbuatının yaydığı məlumata görə, onun xidmətində Çin klubları, eləcə də Almaniya “Hoffenheim”ı və “Hertha”sı da maraqlıdı. Lakin kamerunlu futbolçu böyük ehtimalla Azərbaycan klubuna keçəcək. Omarunun həftənin sonuna qədər “İnter”lə müqavilə bağlaması gözlənilir.
Qeyd edək ki, Omaru karyerası ərzində “Yanbian”, “Changsha Ginde”, “Red Star Belgrade”, “OFK Beograd” kimi klublarda da çıxış edib. O, 2010-cu ildən çıxış etdiyi “Vojvodina”da 72 oyuna 24 qol vurub. 26 yaşlı forvard Kamerun yığmasında da bir oyuna çıxıb.
