16 yanvar 2013 00:43
İnter Ukrayna klubu ilə üz-üzə gələcək?
“İnter” Türkiyə toplanışı zamanı Ukrayna klubu ilə yoxlama oyunu keçirə bilər. Azerisport.az xəbər verir ki, “bankirlər”in “Hoverla” ilə qarşılaşacağı barədə xəbərlər yayılıb.
Bu barədə Ukrayna klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, “Hoverla” yanvarın 29-da “İnter”lə üz-üzə gələcək. Lakin maraqlıdı ki, "İnter"in rəsmən açıqladığı rəqiblər arasında Ukrayna təmsilçisi yoxdu. Bu üzdən də bu oyunun keçirilib-keçirilməyəcəyi dəqiq deyil.
Qeyd edək ki, “Hoverla” Antalyada daha bir Azərbaycan təmsilçisi ilə üz-üzə gələcək. Ukrayna təmsilçisi yanvarın 24-də “Qarabağ”ı sınağa çəkəcək.
