15 yanvar 2013 11:44
İnter Bolqarıstan klubu ilə üz-üzə gələcək
“İnter”in Türkiyə toplanışı zamanı qarşılaşacağı daha bir rəqibin kimliyinə aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, “bankirlər” Bolqarıstanın “Etar” komandasıyla qarşılaşacaq.
Məlumatı Bolqarıstan mətbuatı yayıb. Məlumatda o da bildirilir ki, qarşılaşma yanvarın 19-da keçiriləcək.
Qeyd edək ki, “İnter” Antalya toplanışı çərçivəsində bütövlükdə altı yoxlama oyunu keçirəcək. Yanvarın 17-də bakılılar Almaniya “Aalen”i, 18-də Rusiya “Amkar”ı, 22-də Almaniya “Ingolstadt”ı, 25-də Ukrayna “Metallurq”u (Zaporojye), 30-da isə bu ölkənin digər təmsilçisi – Donetsk “Metallurq”u ilə qarşılaşacaq.
