15 yanvar 2013 12:36
Yığmamız Antalyaya gedir
Yanvarın 25-dən fevralın 5-ə qədər Türkiyənin Antalya şəhərində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Toplanış çərçivəsində yığmanın üzvləri laktat testi verəcək. Hazırlıq prosesində iştirak edəcək futbolçuların siyahısı isə bundan sonra açıqlanacaq.
