16 yanvar 2013 00:38
Türkiyə Kuboku: Trabzonspor daha bir qələbə qazandı
Futbol üzrə Türkiyə Kubokunda qrup mərhələsinin daha bir oyunu keçirilib. Azerisport.az xəbər verir ki, günün yeganə matçında “Mersin İdmanyurdu” “Trabzonspor”la üz-üzə gəlib.
Qarşılaşma qonaqların inamlı qələbəsi ilə başa çatıb. Beləcə, trabzonlular xallarını sayını 9-a çatdırıraq, qrupun vahid lideri olublar.
Qeyd edək ki, bu qrupda “Antalyaspor”la “Eskişehirspor” da yer alır. Bu komandaların görüşü isə sabah – yanvarın 17-də baş tutacaq.
Türkiyə Kuboku
Qrup mərhələsi
B qrupu
15 yanvar
Mersin İdmanyurdu – Trabzonspor – 0:2
