15 yanvar 2013 12:58
Qəbələnin sabiq üzvü Belçika klubunda
“Qəbələ”nin sabiq futbolçusu Abdulkadir Kamara Belçika çempionatında çıxış edə bilər. Azerisport.az xəbər verir ki, o, hazırda bu ölkənin “Verver” klubunda baxışdadı.
Baş məşqçi Drajen Brnçiç onu bəyənsə, tərəflər müqavilə imzalayacaqlar. Qeyd edək ki, “Verver” Belçikanın üçüncü liqasında çıxış edir.
