16 yanvar 2013 01:07
İnter Antalyada bir gündə iki oyun keçirəcək
Xəbər verdiyimiz kimi, Türkiyə toplanışı çərçivəsində "İnter" yoxlama matçları da keçirməyi planlaşdırır. Azerisport.az xəbər verir ki, paytaxt klubu artıq rəsmi saytı vasitəsi ilə keçirəcəyi bütün yoxlama oyunlarının siyahısını açıqlayıb.
Beləliklə, "İnter"in toplanış çərçivəsində keçirəcəyi oyunların qrafiki aşağıdakı kimidi:
17.01.2013. Aalen (Almaniya)
18.01.2013. Amkar (Rusiya)
22.01.2013. İnqolstatd (Almaniya)
25.01.2013. Metallurq (Zaporojye, Ukrayna)
30.01.2013. Ordabası (Qazaxıstan)
03.01.2013. Kostuleni (Moldova) səhər
03.01.2013. Krılya Sovetov (Rusiya) axşam
Əlavə edək ki, "İnter" yanvarın 30-da "Metallurq" (Donetsk) komandasının əvəzinə Qazaxıstan təmsilçisi ilə görüşəcək.
