15 yanvar 2013 13:21

“Bizi yalnız çempionluq düşündürür”

Antalya hazırlığını davam etdirən "Neftçi"nin kapitanı Rəşad Sadiqov klubun rəsmi saytına müsahibə verib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir:
 
- Hazırlığın dörd günü artıq geridə qalib. Gündəlik məşqlərdə fiziki yükləmələrin öhdəsindən gəlmək çətin deyil ki?
- Bu mərhələ fiziki keyfiyyətlərin artırılmasına hesablanıb. Bu ilk baxışdan çətin görünə bilər. Amma gördüyün işi sevirsənsə, ondan ləzzət alırsansa yorulmursan. Əsas şərt isə abu-havadır. Klub prezidenti Sadıq Sadıqov bura gəldiyimiz gündən komandanın düşərgəsindədir. Klub prezidentinin komandanın yanında olması əhval-ruhiyyənin yüksəlməsi ilə yanaşı, futbolçulara əlavə stimul verir. Bu hazırlıqdan maksimum şəkildə yararlanmaq istəyirik.
 
- Qarşıdakı günlərdə keçiriləcək yoxlama oyunları ilə bağlı nə deyə bilərsən?
- Yoxlama oyunlarında ən vacib amil hazırlığın faydasını görmək  və futbolçuları yoxlamaqdır. Təbii ki, nəticənin də xeyrimizə olmasını istəyirik. Futbolu qol vurmaq üçün oynayırsan, dolayısı ilə qələbə üçün.
 
- Antalya hazırlığının bəhrəsi nə olacaq?
- Bizi yalnız çempionluq düşündürür. Bütün əməyimizi bu yolda sərf edirik. Mövsümün ilk yarısında ağır oyun qrafiki səbəbindən bir-neçə qarşılaşmada vacib xallar itirdik. Ardıcıl üçüncü çempionluğu əldə etmək üçün əlimizdən gələni edəcəyik. Ölkə kubokunu da unutmayaq. Hər iki cəbhədə bir məqsəd üçün vuruşacağıq. Bizi sevən hər kəs Avropadakı yolumuzun davamını gözləyir. Onların da etimadını yerə vurmarıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.