18 yanvar 2013 11:28
İspaniya Kral Kuboku: Barsa qələbə qazana bilmədi (YENİLƏNİB)
Futbol üzrə İspaniya Kral Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Açılış matçında Madrid “Real”ı “Valencia” ilə münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri iki cavabsız qolla qalib gələrək, cavab matçı öncəsi üstünlük qazanıblar.
İkinci oyun günündə “Zaragoza” “Sevilla”, “Barcelona” is' “Malaga”nı qəbul edib. Hər iki görüş heç-heçə bitib.
Son oyun günündə isə “Atletico” “Betis”lə qarşılaşıb. Meydan sahibləri qələbəyə sevinən tərəf olublar.
İspaniya Kral Kuboku
1/4 final (ilk oyunlar)
15 yanvar
Real – Valencia – 2:0
16 yanvar
Zaragoza - Sevilla - 0:0
Barcelona - Malaga - 2:2
17 yanvar
Atletico - Betis - 2:0
