16 yanvar 2013 02:03
La Liqa klubu baş məşqçisini dəyişdi
Futbol üzrə İspaniyanın “Sevilla” klubu baş məşqçi dəyişikliyinə əl atıb. Azerisport.az xəbər verir ki, La Liqa klubu uğursuz çıxış səbəbindən Mişel Qonsaleslə yollarını ayırmağa qərar verib.
Artıq komandaya yeni baş məşqçi də təyin olunub. Belə ki, bundan sonra Andalusiya təmsilçisini Unay Emeri çalışdıracaq. 41 yaşlı mütəxəssislə 30 iyun 2014-cü ilədək müqavilə bağlanılıb.
Qeyd edək ki, “Sevilla” 19 turdan sonra 22 xalla 12-ci pillədə qərarlaşıb. Emerinin yeni komandada debütü yanvarın 16-da “Zaragoza” ilə İspaniya Kubokunun 1/4 final matçına təsadüf edəcək.
Maraq üçün bildirək ki, Emeri bu təyinatadək Rusiya “Spartak”ının baş məşqçisi olub. Moskva komandasına ötən ilin iyunundan noyabrınadək rəhbərlik etmiş ispaniyalı mütəxəssis ölkə çempionatında Moskva “Dinamo”suna 1:5 hesablı məğlubiyyətdən sonra istefaya göndərilmişdi.
