15 yanvar 2013 14:32
Vaqif Sadıqov: Qışda güclü futbolçu almaq çətindi
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov azerisport.az saytına müsahibəsində komandasının toplanışından, transfer planlarından danışıb.
- Hazırlıqlar necə gedir?
- Hər şey öz qaydasıyla gedir. Komanda yanvarın 7-də Bakıda bir araya gəlib. Futbolçular tibbi müayiənədən keçdilər. Bununla da hazırlıqların birinci mərhələsinə start verilib. Gündə iki dəfə olmaqla məşq edirik. Bu gün hazırlığın birinci mərhələsi başa çatır. Ayın 17-də Antalyaya yola düşürük. Türkiyədə fevralın 2-dək olacağıq. Bu müddət ərzində 4-5 yoxlama matçı keçirməyi planlaşdırırıq.

- Yeni futbolçular dəvət etməyi düşünürsüz?
- Yəqin ki, olacaq.
- Yəqin ki, olacaq.
- Bəs sınaqçı-rəqibləriniz necə, məlumdu?
- Onların arasında Çin, Bolqarıstan, Rumıniya və Finlandiya klubları var. Hamısı ölkələrinin yüksək liqalarında çıxış edirlər. Oyunlarımız yanvarın 22, 26, 29-da və fevralın 1-də olacaq.

- Bəs “Volın”la görüş dəqiq deyil?
- Ukrayna klubu bizə müraciət etsə də, hələ cavab verməmişik. Mümkündü ki, yanvarın 19-da onlarla qarşılaşaq. Bu oyunda komandanın potensial yeni futbolçuları çıxış edəcəklər. Komandaya gələcək yeni futbolçularla bağlı qərarı mümkün qədər tez qəbul etmək istəyirəm. Amma həmin oyunun baş tutmaması da mümkündü. Buna Antalyaya çatandan sonra qərar verəcəyik.

- Neçə oyunçu almağı planlaşdırırsız?
- Hələ qərar verməmişik. Braziliya və Kamerundan oyunçular dəvət etmişik. Ulduz futbolçular deyillər. Yerli futbolçulara gəlincə, yaxşıların hamısının klubları ilə müqaviləsi var. Ümumiyyətlə, qışda güclü futbolçu almaq çox çətindi.

- Bəzi futbolçularla yollarınızı ayırmağınıza nə səbəb oldu?
- Onların çoxu komandadan ona görə getdi ki, heyətə düşə bilmirdilər. Gedənlərin heç biri ilə problemimiz yox idi. Aqil Nəbiyevə də “Bakı”da uğurlar arzulayıram. O, zədə almışdı və əvvəlki formasından uzaq idi. Amma bir qədər də gözləsəydi, əsas heyətə dönə bilərdi. Lakin o, getməyə qərar verdi. Biz onu məcbur edə bilməzdik.

- AZAL-ın ilk altılığa düşmək şansları barədə nə deyə bilərsiz?
- İlk altılığa bir neçə komandanın düşmək şansı var. Bizə sadəcə öz futbolumuzu oynamaq, qələbə qazanmaq lazımdı. Proqnoz vermək istəmirəm. AZAL yeni komanda formalaşdırır. Buna baxmayaraq, əsas hədəfimiz ilk altı komanda arasında yer almaqdı. Bunun üçün beş oyunumuz var. Onlardan da dördünü evdə keçirəcəyik. Hər halda şans var.