15 yanvar 2013 14:44
Neftçi Amkarla qarşılaşacaq
Azərbaycan çempionu “Neftçi”nin Türkiyə toplanışı çərçivəsində qarşılaşacağı daha bir rəqibin kimliyinə aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, paytaxt klubu Rusiya “Amkar”ı ilə üz-üzə gələcək.
Görüş Antalyada baş tutacaq. Lakin oyunun konkret hansı tarixdə keçiriləcəyi bilinmir.
Maraq üçün qeyd edək ki, “Amkar” yanvarın 18-də digər Azərbaycan klubu – “İnter”lə də üz-üzə gələcək.
