17 yanvar 2013 02:05
İtaliya Kuboku: Roma son yarımfinalçı oldu (YENİLƏNİB)
Futbol üzrə İtaliya Kubokunda 1/4 final mərhələsinin oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, “İnter” bir oyundan ibarət bu mərhələdə “Bologna” ilə üz-üzə gəlib.
Qarşılaşma kifayət qədər gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib. Tərəflər 90 dəqiqə ərzində qalibi müəyyənləşdirə bilməyiblər – 2:2. Lakin əlavə vaxtda “İnter” daha bir qol vuraraq növbəti mərhələyə vəsiqəni təmin edib.
Son qarşılaşma isə “Fiorentina” ilə “Roma” arasında keçirilib. Görüşün əsas vaxtı qolsuz bitsə də, paytaxt Roma təmsilçisi əlavə vaxtda vurduğu bir qolla növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, bu mərhələnin digər oyunlarında “Juventus” “Milan”ı, “Lazio” isə “Catania”nı məğlub edərək, yarımfinala çıxıb.
İtaliya Kuboku
1/4 final
15 yanvar
Inter – Bologna – 3:2
16 yanvar
Fiorentina - Roma - 0:1
