17 yanvar 2013 02:23
Fransa Kuboku: Finalçılar bəlli oldu (YENİLƏNİB)
Futbol üzrə Fransa Liqa Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bir görüşdən ibarət bu mərhələnin ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Saint-Etienne” doğma meydanda “Lille” ilə qarşılaşıb. Görüşün həm əsas, həm də əlavə vaxtında qapılara qol vurulmayıb. Belədə qalibi penaltilərlə müəyyənləşdirmək lazım gəlib. “Lotoreya”da “Saint-Etienne” sevinib və ilk finalçı olub.
Yarımfinalın digər görüşü isə “Rennes” və son Fransa çempionu “Montpellier” arasında keçirilib. Meydan sahibləri iki cavabsız qolla qalib gələrək, rəqibini kubokdan uzaqlaşdırıb və finalçı olub.
Fransa Liqa Kuboku
Yarımfinal
15 yanvar
Saint-Etienne – Lille – 0:0 (penaltilərlə - 7:6)
16 yanvar
Rennes - Montpellier - 2:0
