15 yanvar 2013 15:08
CSKA Neftçi ilə oyundan imtina etməsinin səbəbini açıqladı
Bolqarıstanın CSKA klubu Azərbaycan çempionu “Neftçi” ilə yoxlama matçından imtina etməsinin səbəbini açıqlayıb. Azerisport.az xəbər verir ki, Sofiya təmsilçisi Antalya toplanışında cəmi üç sınaq matçı keçirmək fikrindədi.
Ona görə də, Rusiyanın “Krılya Sovetov”, Rumıniyanın “Timisoara” və Azərbaycanın “Neftçi” klubları ilə görüşlər ləğv olunub.
Qeyd edək ki, CSKA-nın yerdə qalan üç rəqibindən biri də Azərbaycanın digər klubu “Simurq”du.
