15 yanvar 2013 15:35
Fərid Quliyev: Turanda oynamaq istəmirəm
“Turan”ın hücumçusu Fərid Quliyev artıq Tovuz klubunda oynamaq istəmir. Azerisport.az xəbər verir ki, yığmamızın sabiq forvardı hətta mövsümün sonunadək klubsuz da qalmağa razıdı.
Lakin Tovuza qayıtmaq onun planlarına daxil deyil. Qeyd edək ki, 27 yaşlı futbolçunun AZAL-a keçidi gündəmdə idi. Amma paytaxt klubu artıq başqa futbolçuyla güclənməyə qərar verib. Bu üzdən də Fəridin karyerasını harda davam etdirəcəyi hələlik bilinmir.
