16 yanvar 2013 17:16
Neftçi iki futbolçu ilə müqavilə bağlamağa hazırlaşır
“Neftçi” iki yeni futbolçu ilə müqavilə bağlamağa yaxındı. Azerisport.az xəbər verir ki, hər iki futbolçunun tanınmış olduğu bildirilir.
Adları açıqlanmasa da, onların Avropanın aparıcı çempionatlarında çıxış etdiyi məlumdu. Əldə etdiyimiz məlumata görə, onlardan biri Çilidəndi. Həmçinin o da məlumdu ki, yenilərdən biri pleymeyker, digəri isə dayaq yarımmüdafiəçisidi.
“Neftçi”dən aldığımız məlumata görə, hələlik bu futbolçularla danışıqlar davam etdirildiyindən, adları açıqlanmır.
