16 yanvar 2013 17:43
AFFA Böyükağa Hacıyevin cavabını verdi
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin ittihamlarını cavablandırıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Birincisi, yığmanın heyətini millinin baş məşqçisi Berti Foqts özü müəyyənləşdirir. Heç kim kənardan ona deyə bilməz ki, hansısa futbolçunu siyahıya daxil etsin və ya çıxarsın.
İkincisi, AFFA-da “Neftçi”nin uğurlarına hamı sevinir. Əks halda Avropa Liqasının oyunlarının keçirilməsinə kömək etməzdik.
İkincisi, AFFA-da “Neftçi”nin uğurlarına hamı sevinir. Əks halda Avropa Liqasının oyunlarının keçirilməsinə kömək etməzdik.
Üçüncüsü, Cavid İmamverdiyev yığmanın yeni açıqlanan siyahısında var. Sadəcə, ehtiyat heyətə salınıb. Tərlan Quliyevlə Elvin Yunuszadə isə gənclərdən ibarət milliyə çağırılır. Ona görə də, bütün bu söhbətlər həqiqəti əks etdirmir.
Dördüncüsü, məşqçilər öz komandalarının işləri ilə məşğul olmalıdılar, həmkarlarının işini müzakirə etməməlidilər”.
