16 yanvar 2013 17:58
Qarabağ tam heyətlə hazırlaşır
“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, “Qarabağ”ın bugünki proqramında 2 məşq vardı.
Komanda ənənəvi olaraq səhər çalışmasına yerli vaxtla 11:00-da yollanıb. Hər zaman olduğu kimi baş məşqçi Qurban Qurbanovun drujinası futbolçuları səhər məşqində fiziki hazırlıqla “yüklədilər”. Ardınca meydanboyu maneələri aşaraq qapıya zərbələr üzərində işləyən komanda səhər çalışmasını başa vurdu.
“Qarabağ”ın ilk çalışmasında bütün futbolçular iştirak etdi. Dünən Qara Qarayev fərdi çalışmışdısa, 20 yaşlı yarımmüdafiəçi bugün kollektiv çalışmalarda iştirak etdi. Eyniylə Torres də komandayıa birgə idi. Riçard isə axşamdan etibarən məşqlərdə tam gücüylə iştirak edəcək.
