16 yanvar 2013 18:04
Sumqayıt Bayıl Arenada növbəti məşqinə çıxıb
“Sumqayıt” Futbol Klubu Bayıl Arena-da növbəti məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, səhər saatlarında daha çox fiziki hazırlıq üzərində çalışan komanda məşqin sonunda iki tərəfli oyunla kifayətlənib.
Xəstə olduğu üçün Ruslan Qurbanov və Emin Cəfərquliyev bugünki məşqdə iştirak etməyib. Bərpa prosesi keçən Murad Ağayev və Sabir Allahquliyev fərdi məşqlərlə kifayətlənib. Yüngül zədəsi olan Pərdis Fərcad-Azad və Murad Doymuş hazırlığını trenajor zalında davam etdirib.
