16 yanvar 2013 19:34
Sumqayıt Trabzonsporun düşərgəsinə üç futbolçusunu göndərir (FOTO)
“Sumqayıt” Futbol Klubunun daha iki üzvü “Trabzonspor”un düşərgəsinə yollanacaq. Azerisport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
Belə ki, “bordo-mavililər” Orxan Əliyevdən başqa, hücumçu Ruslan Nəsirli və yarımmüdafiəçi Şamil Cəmaləddinovu da baxışa dəvət edib. Bu gün “Sumqayıt” klubuna “Trabzonspor” Futbol Klubunun rəsmisi Özkan Sümer tərəfindən faks daxil olub.
Qeyd edək ki, Orxan Əliyev, Ruslan Nəsirli və Şamil Cəmaləddinov yanvarın 22-dən 29-dək “Trabzonspor”un düşərgəsində olacaq.
