16 yanvar 2013 20:06
Saşa Yunisoğlu özünə yeni klub tapdı
“Neftçi”dən ayrılan Saşa Yunisoğlu özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra AZAL-da çıxış edəcək.
Yığmamızın sabiq üzvü artıq yeni klubu ilə yarım illik müqavilə də imzalayıb. Özü də onun bu komandaya keçidi baş məşqçi Vaqif Sadıqovun təşəbbüsü ilə həyata keçirilib.
Qeyd edək ki, Yunisoğlu ilə Türkiyənin Birinci Liqa klubları da maraqlanırdı.
