16 yanvar 2013 20:28
Ruslan Abışov Rubində ilk matçını gözləyir
Futbol üzrə Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın müdafiəçisi Ruslan Abışov Rusiyanın “Rubin” klubunda məşqlərini davam etdirir. Azerisport.az xəbər verir ki, yığmamızın üzvü Kazan təmsilçisinin Antalya toplanışı çərçivəsində yoxlama matçına çıxa bilər.
Belə ki, “Rubin” yanvarın 18-də Ukraynanın “Metallurq” (Donetsk) klubu ilə qarşılaşacaq. Ruslanın da bu matçda sınaqdan keçirilməsi istisna deyil.
Yanvarın 21-də isə kazanlılar “Şerif”lə üz-üzə gələcəklər. Elə həmin oyundan dərhal sonra “Rubin” Rusiyaya qayıdacaq.
