16 yanvar 2013 20:39
Neftçi Amkar, Qurnik və Osijek ilə danışıqlar aparır
Azərbaycan çempionu “Neftçi”nin Türkiyə toplanışı vaxtı qarşılaşacağı rəqiblərdən bəzilərinin adları məlum olub. Azerisport.az xəbər verir ki, paytaxt klubunun potensial rəqibləri arasında “Amkar” (Rusiya), “Qurnik” (Polşa) və “Osijek” (Xorvatiya) var.
Lakin “ağ-qaralar” hələ də bu klublarla danışıqları davam etdirirlər. Hələlik yalnız bir klubla tam razılığa gəlinib. Bu, Rusiyanın “Rotor” komandasıdı. Bu klubla görüş yanvarın 19-da baş tutacaq.
