16 yanvar 2013 20:58
Böyükağa Hacıyev: Bizim çempion olmağımıza sadəcə başqa qüvvələr mane ola bilər
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində komandasının hazırlığından, mümkün gedişindən, eləcə də yığmamızdan danışıb.
- Antalya toplanışı necə gedir?
- Biz hazırlığa Bakıda başlasaq ki, Türkiyəyə 11-də gəldik. Məşq şəraitindən razıyam. Tədricən gündə üç məşq keçməyi planlaşdırırıq.
- Biz hazırlığa Bakıda başlasaq ki, Türkiyəyə 11-də gəldik. Məşq şəraitindən razıyam. Tədricən gündə üç məşq keçməyi planlaşdırırıq.
- Oyunçuları çox yüklədiyinizi düşünmürsüz ki? Axı ayın 19-da sizi Rusiya “Rotor”u ilə oyun gözləyir...
- Həmin oyun günü də biz iki məşq keçəcəyik. Qalan günlərdə isə üç məşq olacaq. Belə yüklənmə futbolçular üçün vacibdi. Bu, çempionat zamanı bizə faydalı olacaq.
- Mümkün zədələrdən qorxmursuz ki?
- Xeyr. Əgər məşqlər normal qaydada keçirilsə, heç bir problem olmaz.
- Xeyr. Əgər məşqlər normal qaydada keçirilsə, heç bir problem olmaz.
- Komandanızı gücləndirmək istədiyiniz futbolçular haqda məlumat verməyinizi istərdik...
- Mən iki yüksək səviyyəli futbolçunun gəlişini gözləyirəm. Biri pleymeykerdi, digəri dayaq yarımmüdafiəçisi. Hər ikisi Avropada çıxış edir. Amma hələ adlarını açıqlaya bilmərəm.
- Belə çıxır ki, Flavinyo ilə Ramosa rəqabət yaradırsız?
- Bəli. Ramosun icarə müddəti mayda başa çatır.
- Bəli. Ramosun icarə müddəti mayda başa çatır.
- Saşa Yunisoğlu ilə yollarınızı ayırmısız. Daha kimlər gedə bilər? Bertuççinin də İngiltərə getməyə hazırlaşdığı bildirilir...
- Əgər kimlərin getmə ehtimalı olmasından danışırıqsa, bu, Cavid İmamverdiyevdi.
- Əgər kimlərin getmə ehtimalı olmasından danışırıqsa, bu, Cavid İmamverdiyevdi.
- Amma Mahir Şükürovla Saşa Stamenkoviçin də komandadan gedəcəyi barədə xəbərlər var...
- Mahir çox səylə hazırlaşır. Qapıçı mövqeyinə gəlincə, mən yeni qolkiper almağı tələb etmişəm. Ən azı yerli bir qapıçı olmasını istərdim.
- Yanvarın sonunda Azərbaycan yığmasının təlim-məşq toplanışı olacaq. Bu, “Neftçi”nin təlim-məşq toplanışı ilə üst-üstə düşəcək...
- Məncə Berti Foqts futbolçuları yanvarın 29-da toplamaqla düz etmir. Oyunçular fevralın 7-də qayıdacaqlar, ayın 9-da isə Premyer Liqada oyunlarımız var. Bu, təkcə “Neftçi”yə yox, bütün klublara qarşı düzgün olmayan addımdı. Bizdən həmin toplanışa üç futbolçu çağırılıb – Mahir Şükürov, Rəşad Sadiqov və Emil Balayev.
- Karyeranızdan danışaq. Deyəsən, Rusiya variantı qapandı...
- Bəli, “Neftçi”dən heç yerə getmirəm. Sadıq Sadıqov məni qovmayana qədər burda işləyəcəm (gülür).
- “Neftçi”nin ardıcıl üçüncü dəfə çempion olacağından çox danışılır. Komandanız ikinci yerə tutsa, necə olacaq?
- Onda mən özüm komandadan gedəcəm. Komandamın Çempionlar Liqasının qrup mərhələsinə düşməsini istəyirəm.
- Onda mən özüm komandadan gedəcəm. Komandamın Çempionlar Liqasının qrup mərhələsinə düşməsini istəyirəm.
- Siz çox əminliklə danışırsız. Amma “Qarabağ”la “İnter” də bu mövsüm inamlı təsir bağışlayır...
- Rəqiblərimizə hörmətlə yanaşıram. Amma onlar bizdən güclü deyillər. Əgər biz çempion olmasaq, bu, onların güclü olması səbəbindən baş verməyəcək. Bizim birinci olmağımıza sadəcə başqa qüvvələr mane ola bilər.
