17 yanvar 2013 00:05
Xəzər Lənkəranda ispan futbolçu (FOTO)
“Xəzər Lənkəran”ın Antaliyadakı düşərgəsinə yeni oyunçu gəlib. Baxışa gələn 28 yaşlı ispaniyalı Alvaro Silva Linares artıq komandanın məşqlərinə də qatılıb.
Alvaro Silva Linares mərkəz müdafiəçisi mövqeyində oynayır. O, 2006-2009-cu illərdə İspaniyanın “Malaqa”, daha sonra icarə əsasında “Xerez2 klubunda, 2009-2011-ci illərdə İspaniyanın “Cadiz” klubunda və 2011-2012-ci illərdə Rumıniyanın “Petrolul Ploesti” klubunda oynayıb. Alvaro Silva Linaresin son çıxış etdiyi klub İspaniyanın “Xerez” klubu olub.
