16 yanvar 2013 11:18

Rəşad Sadıqov: Bu, bizim üçün faydalı transferdi

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi
 
- Toplanış necə gedir?
- Artıq altı gündü Antalyadayıq. Hər gün yüklənmə daha da artır. Hər şey qrafik üzrə gedir, hazırlaşırıq.
 
- Komandada laktat-testdən keçdi. Həkim daha çox Ansi Aqolli, Bədavi Hüseynov, Vaqif Cavadov, Maksim Medvedev və Qara Qarayevdən razı qalıb. Sizi isə qeyd etməyib. Özünüzü istirahətdən sonra necə hiss edirsiz?
- Mən ümumiyyətlə test vermədim. Bura gələndə temperaturum var idi. İki gün məşq etmədim. İndi isə özümü yaxşı hiss edirəm. Yanvarın 23-24-də təkrar testlər olacaq. Ona hazırlaşıram.
 
- Tezliklə yoxlama oyunlarına başlayacaqsız...
- Bizim əsas hədəfimiz çempionata hazır olmaqdı. Hər oyuna ciddi hazırlaşacağıq. Çünki toplanışı zamanı necə oynayacağıqsa, çempionatda da o cür davam edəcəyik. Özü də Premyer Liqanın ikinci hissəsi daha maraqlı olur.
 
- Rauf Əliyevin gedişi barədə nə deyə bilərsiz?
- O, bir neçə il idi ki, komandamızın hücum xəttinin lideri idi. Lakin o, getmək istədi və rəhbərlik də buna razılaşdı. Ona yalnız uğurlar arzulaya bilərəm.
 
- Bəs onun “Qarabağ”da oynamaq istəməməsinə necə baxırsız?
- O, çoxdan idi bu komandada çıxış edirdi. İndi isə ayrılmaq istəyir. Mən buna normal baxıram. Futbolda belə olur.
 
- Georgi Adamiya, Rəşad Sadiqov, Rauf Əliyev getdi. Yayda da Əfran İsmayılovun gedişi mümkündü. Komandanın özəyi dağılır?
- Buna məşqçilər korpusu qərar verirlər. Onlar hər şeyi düşünüb qərar qəbul edirlər.
 
- Kristian Torresi transfer etmisiz. Sizcə, o, Rauf Əliyevi əvəzləyə biləcək?
- O, hücumçuların arxasında və cinahda çıxış edə bilir. Özünü güclü komandalarla oyunlarda göstərə bilib. Kristian topla oynamağı sevir. Fikrimcə, bu, bizim üçün faydalı transferdi.
 
- Yanvarın axırında yığmamızın da Dubay toplanışına start veriləcək. Sizin adınız ehtiyat siyahıdadı. Lixtenşteynlə oyuna dəvət alacağınıza inanırsız?
- Bu, hələ məlum deyil. Ehtiyatdakılar hamısı təcrübəli futbolçulardı. Görünür, Berti Foqts klublara da çempionata daha yaxşı hazırlaşmaq imkanı vermək istəyir. Amma bu, mənim fikrimdi. Bəlkə də Foqts başqa cür düşünür.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.