16 yanvar 2013 11:37
Bakı Kamran Ağayev və Rauf Əliyevlə müqavilə bağlayır
“Bakı” futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev və qapıçı Kamran Ağayevlə müqavilə bağlamaq üzrədi. Azerisport.az xəbər verir ki, artıq klub prezidenti Hafiz Məmmədov hər iki futbolçunun paytaxt təmsilçisinə keçməsinə razılıq verib.
Hazırda “Bakı” bu transferləri rəsmiləşdirmək üçün çalışır. Əliyev və Ağayevlə müqavilə imzalandıqdan sonra onlar Antalyaya yollanacaqlar və komandanın hazırlıqlarına qatılacaqlar.
