16 yanvar 2013 11:51
Qarabağın Antalya toplanışı (FOTOREPORTAJ)
“Qarabağ” Antalyada hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, təlim-məşq toplanışının növbəti günündə proqramda 1 məşq baş tutub.
Antalyadakı günəşli hava şəraitində “Qarabağ” məşqə ənənəvi olaraq 11:00-da çıxıb. Ağdam təmsilçisinin yeganə məşqi təmamilə toplu çalışmalara həsr olunub. Yüksək tempdə davam edən çalışmada futbolçuların əla əhval-ruhiyyəsi olması diqqətləri cəlb edib.
90 dəqiqəlik çalışmadda heç də bütün futbolçular iştirak etməyib. Ayağında müəyyən ağrılar hiss edən Qara Qarayev məşqçi nəzarətində yüngül çalışma ilə kifayətlənib. Yeni transfer Kristian Torres və Braziliyadan gec dönən Riçard Almeyda isə kollektivlə çalışmalarda tam olaraq iştirak etməyiblər.
