16 yanvar 2013 12:03
Ufuk Budakın komandasından daha bir heç-heçə
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın çıxış etdiyi Türkiyənin “Eskişehirspor” klubu növbəti yoxlama matçını keçirib. Azerisport.az xəbər verir ki, onun komandası Almaniyanın aşağı divizion təmsilçisi “Regensburg”la qarşılaşıb.
Görüş sülhlə bitib – 2:2. Yığmamızın üzvü qarşılaşmada forma geyməyib. Çünki zədəli olan futbolçumuz hazırda Almaniyada həkim nəzarəti altındadı.
