16 yanvar 2013 12:33
Branimir Subaşiç karyerasını AZAL-da davam etdirə bilər
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiç karyerasını AZAL-da davam etdirə bilər. Azerisport.az xəbər verir ki, bu variantın baş tutma ehtimalı kifayət qədər yüksəkdi.
Onun xidmətində “Bakı”nın baş məşqçisi Bojidar Bandoviç də maraqlıdı. Lakin bir müddət əvvəl paytaxt klubunun vitse-prezidenti Zeynal Məmmədov Subaşiçlə maraqlanmadıqlarını bəyan etmişdi.
Onu da bildirək ki, “Subaşiç” bu ilin yanvar ayından etibarən “Xəzər Lənkəran”la yollarını ayırıb və azad agent statusu daşıyır.
