16 yanvar 2013 13:03
“Kamranın Bakıdakı karyerası uğurlu alınacaq”
Futbol üzrə Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın sabiq hücumçusu Zaur Ramazanov millimizin qapıçısı, keçmiş komanda yoldaşı Kamran Ağayevin “Bakı”ya keçidi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən bunda pis heç nə görmürəm. Ağayev əla qapıçıdı. Onu istənilən komanda öz sıralarında görmək istərdi. Özü də o, hələ gəncdi və indiyə qədər də özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Hesab edirəm ki, Kamranın “Bakı”dakı karyerası uğurlu alınacaq. Hər şey futbolçunun özündən asılıdı. İndi o, daha yaxşı məşq etməlidi ki, əvvəlki formasını bərpa edə bilsin”.