16 yanvar 2013 13:31

Nikolas Kanales: Bahodir Nasimovla eyni vaxtda meydanda olmağı çox istərdim

Hazırlığı Antalyada davam etdirən “Neftçi”nin hücumçusu Nikolas Kanales klubun rəsmi saytına müsahibə verib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir:
 
- Mövsümün ilk yarısı heyətdə ən çox oyun keçirənlərdən biri də sən oldun. İstirahət müddətində dincələ bildinmi?
- İstirahət müddətində ailəmlə birlikdə idim. Yaxınlarımla şəhəri gəzməyə çıxırdıq. Amma daha çox dənizə gedirdik. Uşaqlıqdan dənizi çox sevirəm. Dəniz yorğunluğu aradan qaldırmaqla yanaşı həm də sakitləşdirir. Hə, bir də Bakıda bişirilən kabab çox xoşuma gəldiyindən orda da oxşar bir şey hazırlamağa çalışdıq. Deyə bilərəm ki, pis alınmadı.
 
- Komandada hər kəs səni mütaliə etməyi sevməyinlə də tanıyır...
- Elə bu da istirahətin bir növüdür. Futbol oynamaqla yanaşı, kitab oxumağı da sevirəm. Məncə hər insan bacardığı qədər mütaliə etməlidi. Hazırda “Varlı adamla kasıb adam” romanını oxuyuram. Çox maraqlıdı. Bəzi insanlar sosial şəbəkələrə daha çox üstünlük verir. Məncə, bu insanı həm yükləyir, həm də vaxtını alır. Ona görə də kitaba üstünlük verirəm.
 
- Hazırda Azərbaycan çempionatının ən sərrast futbolçususan. Üstəlik Avropa Liqasında vacib qollara imza atmısan. Maraqlıdır Çili mətbuatı bu barədə nə yazır?
- Çilidə olduğum müddətdə mətbuat mənimlə mütəmadi əlaqə saxlayırdı. İstər televiziya, istərsə də qəzetlər buradakı oyunumu diqqətdə saxlayırlar.
 
- Bahodir Nasimov son müsahibəsində səninlə eyni vaxtda meydanda daha faydalı ola biləcəyini deyib. Sənin buna münasibətin necədir?
- Bahodir çox güclü və səviyyəli futbolçudur. O keçən mövsüm çempionatın bombardiri olub. Bahodirlə eyni vaxtda meydanda olmağı çox istərdim. Birlikdə hücum xəttini daha da gücləndirə bilərik. Mənim nə qədər qol vurduğum önəmli deyil. Əsas komandanın uğurudur və hədəfimiz çempionluqdur. Yalnız qızıl medalları qazandıqdan sonra çox qol vurduğuma görə sevinəcəm. “Neftçi” artıq Avropa futbolu ailəsinə daxil olub. Biz bu ailənin daimi üzvü olmaq niyyətindəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.