16 yanvar 2013 13:52
Kamran Ağayev və Rauf Əliyev bu gün Bakının düşərgəsinə qoşulacaq
Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevlə hücumçusu Rauf Əliyev bu gün “Bakı”nın düşərgəsinə qoşulacaqlar. Azerisport.az xəbər verir ki, millimizin üzvləri Bakı vaxtı ilə saat 15:00-da Türkiyənin Antalya şəhərinə yola düşəcəklər.
Onlar elə yeni klubları ilə müqaviləni də bu gün axşam saatlarında Antalyada imzalayacaqlar. Bundan sonra Raufla Kamran “zolaqlılar”ın hazırlıqlarında iştirak edəcəklər.
Qeyd edək ki, Əliyevin “Qarabağ”la, Ağayevin isə “Xəzər Lənkəran”la müqaviləsi var. Amma “Bakı”nın bu problemi yoluna qoyması gözlənilir.
