16 yanvar 2013 14:38
Neftçi Almaniya, Rusiya və Polşa klubları ilə qarşılaşacaq
Azərbaycan çempionu “Neftçi” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarının siyahısını müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, paytaxt klubu yanvarın 21, 23, 27, 30-da və fevralın 2-də sınaq matçı keçirəcək.
Rəqiblərin adları hələlik dəqiq açıqlanmır. Amma onların Rusiya, Almaniya, Qazaxıstan, Polşa və Bolqarıstan klubları olduğu bildirilir.
