16 yanvar 2013 14:55
AFFA daha bir komandanı Antalyaya göndərəcək
«Azercell U-17 Liqa»nın 2011-2012-ci il mövsümünün qalibi olan “İnter”in U-17 komandası yanvarın 20-dən 27-dək AFFA-nın hesabına Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq. Azerisport.az xəbər verir ki, "Hadrianus" otelində məskunlaşacaq komanda səfərə 20 nəfərlik futbolçu heyəti ilə yollanacaq.
Onlardan 15 nəfəri 1996-cı il, 5 nəfəri isə 1997-ci il təvəllüdlü futbolçulardır.
Qeyd edək ki, “Azercell U-17 Liqa”nın qaliblərinin mükafatlandırılması mərasimində Əsasnaməyə uyğun olaraq çempion olmuş komandaya qızıl medallar, diplom və kubokla yanaşı, AFFA-nın vəsaiti hesabına ölkə xaricində bir həftəlik təlim-məşq toplanışı keçirmək hüququ verən sertifikat da təqdim olunur.
