16 yanvar 2013 15:47
Sumqayıt yeni qapıçı ilə müqavilə imzaladı
“Sumqayıt” yeni futbolçu ilə güclənib. Azerisport.az xəbər verir ki, sumqayıtlılar “Rəvan”da çıxış edən qapıçı Tərlan Əhmədlini heyətə qatıblar.
21.11.1994-cü il təvəllüdlü qolkiper yeni klubu ilə 1,5 illik müqavilə imzalayıb. Tərlan “Sumqayıt”da üçüncü qapıçı kimi çıxış edəcək.
