16 yanvar 2013 15:51
Sadıq Sadıqov: Belə məşqçini buraxmağa hazırlaşmırıq
Azərbaycan çempionu “Neftçi”nin prezidenti Sadıq Sadıqov baş məşqçi Böyükağa Hacıyevin komandadan mümkün gedişinə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən belə bir məşqçini buraxmağa hazırlaşmıram. O, “Neftçi” üçün az iş görməyib. Yeri gəlmişkən, biz Milandan qayıdandan sonra hələ də onunla müqaviləni yeniləməmişik. Hacıyevlə müqavilənin müddəti konkret vaxtla məhdudlaşmır”.