16 yanvar 2013 16:52
“Xəzər Lənkəranla Qarabağın bu transferlərə problem yaradacağını düşünmürəm”
“Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev və “Qarabağ”ın hücumçusu Rauf Əliyevin keçidi ilə bağlı danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Klub prezidenti Hafiz Məmmədov hər iki transferə razılığını verib. Lakin hər iki futbolçunun klubları ilə müqaviləsi olduğundan, onlara kompensasiya ödəmək lazımdı. Bunu isə futbolçular özləri həll etməlidilər. Çünki biz onlarla sərfəli şərtlərlə müqavilə imzalayacağıq. Kamranla Rauf bu gün komandamızın Antalya toplanışına yolandılar. Onlar Türkiyədə öz klubları ilə görüşüb, problemlərini həll etməlidilər. “Bakı” onlarla müqavilə bağlamağa hazırdı. Özləri də bizim klubumuzda oynamaqda maraqlıdılar. Buna görə də “Xəzər Lənkəran”la “Qarabağ”ın bu transferlərə problem yaradacağını düşünmürəm”.