17 yanvar 2013 17:55
Juventus və MY Qəbələyə gəlməkdən imtina etdi
Bu ilin may ayında Qəbələdə 15 yaşadək uşaq komandaları arasında ənənəvi futbol turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq Türkiyənin “Beşiktaş” və Rusiyanın “Zenit” klubları turnirdə iştiraka razılıq veriblər.
İtaliyanın “Juventus” və İngiltərənin “Manchester United” klubları müvafiq yaş qrupundan ibarət komandalarını ölkəmizə göndərmək istəməyiblər. İspaniya “Barcelona”sı isə hələ düşünür və qərarını yaxın vaxtlarda açıqlayacaq.
