17 yanvar 2013 18:18
“Yuri Fomenko İnterə yararlı olacaq”
“İnter”in yarımmüdafiəçisi Nizami Hacıyev zədələnib. Azerisport.az saytına müsahibəsində bunu futbolçu özü də təsdiqləyib.
O, bu səbəbdən heç bu gün keçirilən Almaniya “Aalen”i ilə də görüşdə forma geyə bilməyib. Son məşqlərin birində zədələnən futbolçunun yaxın günlərdə sıraya dönməsi gözlənilir.
Nizami Hacıyev həmçinin komandasının yeni transferi Yuri Fomenkodan da danışıb: “Mənə elə gəlir ki, Fomenkoya vaxt lazımdı. O, hələ baş məşqçinin nə istədiyini tam bilmir. Amma o, güclü forvarddı. Bzi artıq ona qarşı oynamışıq. Ona görə də Fomenkonun komandamıza yararlı olacağını düşünürəm”.
