17 yanvar 2013 19:01
Bakı yeni məşqçi ilə müqavilə imzaladı
“Bakı” yeni məşqçi ilə güclənib. Azerisport.az xəbər verir ki, paytaxt klubu 43 yaşlı Deyan Suzoviçlə müqavilə imzalayıb.
O, komandada fiziki hazırlığa baxacaq. Yeni məşqçi artıq “Bakı”nın düşərgəsinə qoşulub.
