17 yanvar 2013 19:12
“Ümidləri doğrultmağa çalışacağam”
"Kəpəz"in məşqçilər korpusunda çalışmağa başlayan İbrahim Hüseynov təyinatına münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında komandada köməkçi-məşqçi vəzifəsində işləməkdən məmnun olduğunu söyləyib:
"Dəvət baş məşqçi Mahmud Qurbanovdan gəldi. Mən də razılıq verdim. "Professor"la işləmək qürurvericidi. "Kəpəz"də çalışmaq hamının arzusudu. Yaş önəmli deyil, əsas yaxşı işləməkdi. Özüm gəncəliyəm və şəhərin hər iki komandasında futbol oynamışam. Məşqçi kimi müəyyən biliklərim də var. Təcrübəmi Mahmud müəllimin yanında daha da artıracağam. Ona və doğma komandamıza kömək etmək üçün əlimdən gələni edəcəyəm. Artıq futbolçu karyeramı da bitirdim. Özümü bütövlüklə məşqçi işinə həsr etmişəm. Bəslənən ümidləri doğrultmağa çalışacağam".
