18 yanvar 2013 00:22
Andryus Veliçka: Ailəmin yoxluğunda Azərbaycanda mənə çox çətindi
AZAL-ın hücumçusu Andryus Veliçka Azərbaycan çempionatındakı çıxışından, üzləşdiyi çətinliklərdən danışıb. Azerisport.az xəbər verir ki, o, Şotlandiya mətbuatına müsahibəsində o, öncə bunları söyləyib:
“Azərbaycan klubuna keçid mənim üçün yeni bir imkan idi. Mən əvvəllər heç vaxt burda olmamışdım. Ona görə də burda hər şey mənim üçün yenidi. İki il öncə Litvaya qayıdanda düşünürdüm ki, artıq karyeramın sonudu. Amma futbolda hər şey olur. Heç vaxt sabah nə olacağını demək mümkün olmur”.

Litvalı futbolçu Azərbaycana necə gəlməsini də xatırlayıb: “Bir dəfə mənə zəng etdilər və Azərbaycanda oynamaq istədiyimə dair sual verdilər. Mən də dedim ki, “niyə də olmasın”. İlk üç ay mənim üçün çox çətin oldu. Ailəmin yanımda olmaması durumumu daha da ağırlaşdırırdı”.
O, ölkəmizdə futbolun səviyyəsindən də danışıb: “Azərbaycan futbolunun səviyyəsi yaxşıdı. Burda yaxşı komandalar var. Deyvidas Çesnauski də burda çıxış edir. Milad bayramında, Yeni ildə evimdə idim. Hazırda isə Türkiyədəyəm. Komandamla birgə təlim-məşq toplanışındayam. Bir də ailəmi nə vaxt görəcəyimi bilmirəm. Mümkündü ki, mart ayında alınsın”.