18 yanvar 2013 00:43
Xəzər Lənkəran yenilərini sınaq matçlarında yoxlayır
“Xəzər Lənkəran”ın Antalya toplanışı davam edir. Azerisport.az xəbər verir ki, səhər məşqini fitnes zalında keçirən “Xəzər Lənkəran” axşam məşqini ənənəvi isinmə hərəkətlərilə başlayıb.
Daha sonra futbolçular məşqçi korpusunun verdiyi tapşırıqları yerinə yetirdilər və cinahlardan istifadə edərək qapıya doğru hücumlar təşkil ediblər. Məşqin son 20 dəqiqəsində “Xəzər Lənkəran” ikitrəfli oyun keçirdi. Bu oyun zamanı düşərgədə olan yeni futbolçular da sınanıblar.
Qeyd edək ki, ötən gün komandanın düşərgəsinə baxışa yeni oyunçu da gəlib. Xəbər verdiyimiz kimi, bu, 28 yaşlı belarus futbolçu İvan Deniseviçdi. O, mərkəz yarımmüdafiəçi mövqeyində çıxış edir. Deniseviçin son oynadığı klub Belarusun “Neman” klubu olub. O, komandanın axşam məşqində iştirak edib.
