17 yanvar 2013 11:26
Yığmamızın forvardı oynamadı, komandası uduzdu
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu Almaniyanın “Kaiserslautern” klubu növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, ikinci Bundesliqada çıxış edən bu komanda yoxlama oyununda “Offenbach”la qarşılaşıb.
Görüş Dadaşovun komandasının məğlubiyyəti ilə başa çatıb – 1:3. Yığmamızın üzvü isə bu görüşdə meydana çıxmayıb.
