17 yanvar 2013 11:45
Rubin Ruslan Abışovla 350 min avroluq müqavilə bağlayır
Futbol üzrə Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın futbolçusu Ruslan Abışov yaxın günlərdə Rusiyanın “Rubin” klubu ilə müqavilə imzalayacaq. Azerisport.az xəbər verir ki, transferin şənbə gününə qədər tam rəsmiləşməsi gözlənilir.
Abışov özü artıq bir neçə gündü ki, “Rubin”in düşərgəsindədi və yeni komandasının Türkiyədəki təlim-məşq toplanışında iştirak edir. Onun qarşıdakı sınaq matçlarında meydana çıxması da gözlənilir.
Sonda onu da bildirək ki, Rusiya mətbuatı “Rubin”in Ruslan Abışovla 350 min avroluq müqavilə imzalayacağını iddia edir.
